Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir.
Bu barədə vilayətin qubernatoru Vladislav Şapşa "Telegram" kanalında məlumat verib.

“Azimut” hazırda Kaluqadan 5 istiqamətdə uçuşlar həyata keçirir. Biz Bakı və Mahaçqalaya iki əlavə marşrutun açılması planlarını müzakirə etdik”,- o bildirib.