AZ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə çıxışını gələcək fəaliyyət üçün mükəmməl yol proqramı adlandırmaq olar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 23-də MilliMəclisdəki çıxışını gələcək fəaliyyət üçün mükəmməl yol proqramı adlandırmaq olar. Çünki buçıxış reallıqları əks etdirməklə bu günün və gələcəyin tələblərini özündə ehtiva edir. CənabPrezidentin çıxışına müdafiə qüdrətimizin möhkəmlənməsindən başlaması təsadüfi deyil.Çünki otuz il işğal altında qalan torpaqlarımızın taleyi 44 günlük müharibədə qazandığımıztarixi qələbə, 23 saatlıq antiterror tədbirləri zamanı düşmənin başının əzilməsi vəseparatçıların Azərbaycan torpaqlarından ayağının kəsilməsi bu qənaətə gəlməyə imkanverir. Ölkə başçısı bir daha xatırlatdı ki, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi qarşıdaduran əsas vəzifələrdəndir. Bunun üçün büdcədən kifayət qədər maliyyə vəsaiti ayrılır,bundan sonra da sözügedən sahə daimi diqqət mərkəzində olmalıdır. Çünki güc olmadan,güclü ordu yaradılmadan, müdafiə təşkil edilmədən ölkənin suverenliyini qorumaq,müstəqilliyini təmin etmək mümkün deyil.Dövlət rəhbərinin gəldiyi qənaət odur ki, biz məhz müdafiə qüdrətini artırmaqla,birliyimizi təmin etməklə, güclü ordu yaratmaqla tarixi qələbəni təmin etmiş olduq. Bu gününreallığıdır. Əlbəttə ki, otuz il işğal altında qalan torpaqlarda güclü istehkamlar yaratmış ermənifaşistlərinə qalib gəlmək üçün mütləq güclü ordu lazım idi. Ölkə rəhbərinin uzun illər busahəyə yönəltdiyi qayğı və diqqət son nəticədə özünü aydın göstərdi. Dövlət başçısınınmüdafiə qüdrətinin möhkəmləndirilməsi ilə əlaqədar söylədiyi fikirlər və bundan sonra da busahəyə diqqətin ayrılması ilə əlaqədar verdiyi mesajlar dünyaya çağırışdır. Eyni zamandaAzərbaycana qarşı yönəldilmiş məkrli niyyətlərin qarşısının alınmasına cavabdır.Dövlət başçısı öz çıxışında bildirdi ki, biz qalib olmağımıza baxmayaraq, hər zamansülhün tərəfdarıyıq və Ermənistanla sülh müqaviləsinin bağlanmasının təşəbbüskarı məhzbizik. Ancaq təəssüflər olsun ki, Ermənistan çağırışlarımıza hələ də konkret cavab vermir.Onlar xarici havadarlarına arxalanaraq, Qərbdən, Avropa ölkələrindən silah almaqla özlərininordusunu yenidən qurmağa çalışır və sülhü ləngidirlər. Bu yolverilməzdir və Ermənistanısilahlandıranlar bir daha 44 günlük müharibənin, 23 saat davam edən antiterror tədbirlərininnəticələrindən lazımi dərs almalıdırlar. Müharibə Azərbaycanın birliyini, xalqın mübarizliyini birdaha ortaya qoymuş oldu. Ölkə rəhbərliyi sayəsində qazanılmış tarixi qələbə dünyayagöstərdi ki, Azərbaycan xalqı mübariz xalqdır, ordumuz güclüdür, vətəndaşlarımız birdir və öztorpaqlarımızı düşməndən azad etməyə hər zaman hazırdır.Cənab Prezident ordunun möhkəmlənməsində, inkişafımızın təmin edilməsində hər birvətəndaşın roluna yüksək qiymət verərək bildirdi ki, biz Vətən üçün vətənpərvər, cəsarətli,mətin insanlar yetişdirməliyik. Hər bir şəxs bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır.Bu sözləri ölkə rəhbəri Qarabağ Universitetindəki çıxışında da bir neçə dəfə xatırlatmışdı.Dövlət başçısı bildirmişdi ki, biz milli-mənəvi dəyərlərə sadiq vətəndaşlar yetişdirməkləölkəmizin inkişafını təmin etmiş olarıq. Bugünkü gənclər bizim qələbələrdən dərs çıxarmalı,onlar xarici təsirlərə uymamalıdırlar. Belə olan halda təbii ki, yeni uğurlara imza atmaqmümkün olar.Prezidentimiz öz çıxışında iqtisadi inkişafa da diqqət yetirməklə bildirdi ki, Azərbaycaniqtisadiyyatı son illər özünün sürətli inkişaf yolundadır. Bütün sahələrdə yaxşı nəticələr əldəedilib. Əldə olunmuş nəticələr büdcə gəlirlərinin artırılması, istehsalın sürətinin təmin edilməsibilavasitə sosial məsələlərin həllinə, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə,insanların rifahının yaxşılaşdırılmasına yönəldilib.Bu gün qarşıda duran ən başlışaca vəzifələrdən biri də işğaldan azad olunmuşərazilərdə təmir-bərpa işlərinin sürətləndirilməsidir. Ölkə rəhbəri əyani faktlara misal gətirərəkbildirdi ki, son illər ərazilərdə bərpa-quruculuq işlərinə 19 milyard manatdan çox vəsait sərfedilib. Ancaq bundan sonra da görülən işlər sürətləndirilməlidir. Yeni yollar çəkilməli, tunellərqazılmalı, abadlıq və tikinti işləri sürətli formada həyata keçirilməlidir.Ölkə rəhbəri Ermənistanın bugünkü vəziyyətinə də diqqəti cəlb etmiş, aydın mesajlarvermişdir. Prezident İlham Əliyev bildirib ki, Ermənistanı silahlandıranlar gələcək nəticələrüçün məsuliyyət daşıyırlar. Azərbaycan heç bir ölkənin təsirinə məruz qala bilməz. Ancaq bu

Seçilən
35
2
kanal24.az

4Mənbələr