O, 27 sentyabr 1981-ci ildə Əhmədalılar kəndində anadan olmuş və B.Əliyev adına Əhmədalılar kənd tam orta məktəbində təhsil almışdır. 12 yaşında kəndin işğalı ilə əlaqədar məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur.
Vətən Müharibəsi zamanı Səxavət Gözəlov, yaxın dostu Yusifov Nadir Pənah oğlu ilə birlikdə yaralıları və şəhid olan qəhrəmanları arxa cəbhəyə çatdırmaqda fəal iştirak etmişdir. Müharibədən sonra torpaqlarımızı erməni işğalından azad etmək üçün ANAMA şirkətinə qəbul olunmuş və mina təmizləmə işlərində çalışmışdır. Təəssüf ki, adi iş günlərindən birində, mina partlayışı nəticəsində dostu Yusifov Nadir Pənah oğlu ilə birlikdə qəhrəmancasına şəhid olmuşdur.
Tədbirdə Füzuli rayonunun AzQMƏVŞAİB filialının sədri S. İsmayılov, Əhmədalılar kəndi üzrə icra nümayəndəsi S. Əlibəyov, məktəbin müəllim və şagird heyəti, şəhid ailələri və qazilər iştirak edirdilər. Tədbir zamanı şəhidlərimizin xatirəsi bir daha yad edildi və onların göstərdiyi qəhrəmanlıq təqdir olundu.
Bu Anım Günü Azərbaycan xalqının qəhrəman oğullarının vətən sevgisinin, qətiyyətinin və sarsılmaz iradəsinin bir daha sübutu oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“Biz ona görə şəhid olduq ki, sən, sən, sən yaşayasan, Azərbaycan!”