AZ

Yaponiyanın yeni Baş naziri oktyabrda parlamenti buraxacaq

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının yeni sədri, oktyabrın 1-dən ölkənin Baş naziri vəzifəsinə başlayan Şiqeru İşiba parlamentin aşağı palatasını buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarına gəlib.

"Far.Az" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Yaponiya parlamentinin əsas aşağı palatasına növbəti seçkilər 2025-ci ilin oktyabrına qədər keçirilməli idi, lakin Baş nazir erkən seçkilər keçirmək üçün palatanı buraxmaq hüququndan istifadə edəcək.

Sentyabrın 27-də Şiqeru İşiba səs çoxluğu ilə hakim Liberal Demokrat Partiyasının sədri seçilib. Seçki kampaniyası zamanı o, Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinin, NATO-nun Asiya analoqunun və regionda kollektiv təhlükəsizlik sisteminin yaradılmasının tərəfdarı olub.

Seçilən
62
20
far.az

10Mənbələr