AZ

Məşhur ixtiraçı Nikola Tesla həyatımızı necə asanlaşdırdı?

Bu məqalə onu oxuduğunuz cihaza Nikola Teslanın ixtiraları sayəsində köçürülüb.

"Mən Teslanı təkcə elektrik enerjisinin və ya dünya kommunikasiyalarının atası hesab etmirəm, onun öz dövrünü qabaqlayan ideyaları vardı. O, bəşəriyyətin təkamülünə töhfə vermiş bəsirət saibiydi" - tarixçi və kinorejissor Maykl Krause BBC-yə belə deyib.

Tesla 1890-cı illərin sonlarında icad etdiyi transformatoru tanıtmaq üçün əlində sınaq kolbaları Nyu-Yorkdakı Kolumbiya Kollecinin səhnəsində çıxış edəndə dünya hələ qaranlıqdaydı.

Parlaq işıqlar

Nikola Tesla 1856-cı ildə Avstriya imperiyasında - indiki Xorvatiyanın Smiljan şəhərində anadan olub.

1884-cü ildə məşhur ixtiraçı və iş adamı Tomas Edisonun yanında işləmək üçün Nyu-Yorka gedib.

Onun bioqrafı İnez Whitaker Hunt-ın sözlərinə görə, elektrik və mexanika mühəndisi (və futurist) Tesla Amerika torpağına ayaq basanda cibində cəmi bir neçə sent və uçan maşın sxemi olub. Amma Teslanı məşhurlaşdıran uçan maşın olmayacaqdı. O, illərdir alternativ cərəyan mühərrikləri üzərində işləyirdi və ABŞ-a doğru zamanda gəlmişdi.

tesla

Şəklin mənbəyi, Getty Images

Seçilən
31
bbc.com

1Mənbələr