AZ

HƏMAS-ın qərargah rəhbəri də İsrailin zərbəsi nəticəsində öldürüldü

Fələstinin HƏMAS hərəkatının Livandakı qərargahının rəhbəri Əbu əl-Əmin İsrailin hava hücumu nəticəsində ölüb.

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın mətbuat xidməti məlumat yayıb.

Hücumun Livanın Tir şəhəri yaxınlığındakı fələstinli qaçqınlar üçün düşərgədə yerləşən evini hədəf aldığı iddia edilir. Onunla birlikdə evdə həyat yoldaşı, oğlu və qızı olub. HƏMAS-ın məlumatına görə, onların hamısı ölüb.

Xatıladaq ki, sentyabrın 28-də İsrail ordusunun Hizbullah təşkilatının lideri Həsən Nəsrullahı öldürdüyünü açıqlayıb. O, 32 il hərəkata rəhbərlik edib və bir gün əvvəl Beyrutdakı Hizbullah qərargahına raket hücumu zamanı öldürülüb. Sonradan onun ölümünü hərəkatın özü də təsdiqləyib.

Həmin gün HƏMAS Livanla İsrailə qarşı vahid cəbhə yaratdığını elan edib. Bundan əlavə, hərəkat Beynəlxalq Cinayət Məhkəməsini liderinin  qətli ilə bağlı tədbir görməyə çağırıb. Fələstin hərəkatı həmçinin Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatından İsrailin Livandakı hərbi əməliyyatını dayandırmaq üçün tədbirlər görməyi tələb edib.

Nizami Bağırov
Seçilən
9
2
qaynarinfo.az

3Mənbələr