Rusiyanın Baş naziri Mixail Mişustin İrana rəsmi səfərə gedib.
O, Tehranda ölkənin ali rəhbərliyi ilə danışıqlar aparacaq.
“Cebheinfo.az” bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir.
Tərəflər Rusiya-İran ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığının bir sıra məsələlərini, o cümlədən nəqliyyat, sənaye, enerji, təhsil və digər sahələrdə iri birgə layihələrin həyata keçirilməsini müzakirə edəcəklər.