AZ

"Ölkə kuboku bu mövsüm daha maraqlı olacaq" - Elgiz Abbasov

Ölkə kuboku bu mövsüm daha maraqlı olacaq.

"Football-plus.az" xəbər verir ki, bunu PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov ölkə kubokunun 2024/25 mövsümünün püşkatma mərasimində deyib. O, 1-ci təsnifat mərhələsində yalnız 2-ci liqa klublarının yarışacağını söyləyib:

"Çünki yarışda Misli premyer-liqasının komandaları ilə yanaşı 1-ci və 2-ci liqada mübarizə aparan kollektivlər də qüvvəsini sınayacaqlar. Ümid edirik ki, hər şey yaxşı olacaq. Yarışa 1-ci təsnifat mərhələsindən başlayacağıq. Burada yalnız 2-ci liqa kollektivləri oynayacaq. 1/8 final görüşləri 1 oyundan ibarət olacaq. 1/4 finalda isə qarşılaşmalar ev-səfər prinsipi ilə keçiriləcək".

Qeyd edək ki, ölkə kubokunun 1-ci təsnifat mərhələsi oktyabrın 12-13-də start götürəcək.
Seçilən
20
1
football-plus.az

3Mənbələr