Böyük Britaniyanın Azərbaycanın qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining PLC” elan edib ki, şirkətin idarə heyətində müstəqil üzv (icra səlahiyyəti olmayan) olan Con Sununu 9 171 825 adi səhmi “Sununu Holdings LLC”yə, ailə aktivlərini idarə edən şirkətə transfer edib.Dia-az.Media bu barədə şirkətin elanına istinad edir.Bu şirkət isə “Anglo Asian”ın idarə heyətində müstəqil yer alan Maykl Sununu tərəfindən idarə olunur.Bu transferin nəticəsində Con Sununu 1 562 715 adi səhmdə payı qalır ki, bu da buraxılan səhmlərin 1.4%-ni təşkil edir.Maykl Sununu tərəfindən idarə olunan “Sununu Holdings LLC” isə 9 171 825 adi səhmdə sahibdir ki, bu da buraxılan səhmlərin 8%-ni təşkil edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta