Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Ermənistana səfər edib.
"Operativ Media" xəbər verir ki, Rusiya Nazirlər Kabineti rəhbərinin təyyarəsi Zvartnots hava limanına enib.
Oktyabrın 1-də Mişustin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin digər hökumət başçıları ilə birlikdə Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun (EEF) plenar iclasında iştirak edəcək.