Bakı. Trend:
"Barselona" gənc futbolçu Mark Bernalla müqavilənitəzələyib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yeni razılaşma2029-cu ilin yayına kimi nəzərdə tutulub.
17 yaşlı yarımmüdafiəçinin hazırki müqaviləsi 2026-cı ilinyayında bitəcəkdi. Markın sərbəst qalma məbləği 500 milyon avroolacaq.
Qeyd edək ki, Bernal bir neçə tur əvvəl ağır zədə alıb və onunmövsümün sonuna kimi meydana çıxmayacağı dəqiqləşib.