VAKANSİYA 1

SF Azərbaycan BOKT

Ödənişlər üzrə mütəxəssis

Son tarix 30 okt 2024 Müraciət et

Tələblər:

  • Təhsil: Ali təhsil, (İqtisadiyyat və ya Tətbiqi riyaziyyat);
  • Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək;
  • Təcrübə: Bank sektorunda müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Komputer bilikləri: Yüksək səviyyədə Excel biliyi; ERP sistemləri ilə bağlı ümumi anlayış;
  • Şəxsi keyfiyyətlər: Mükəmməl məntiqi-analitik düşüncə və riyazi, statistik biliklər; Detallara qarşı diqqətlilik;

Vəzifə öhdəlikləri:

  • Müştərilərin kreditləşməsi ilə bağlı qaimə-fakturaların və daxil olan ödənişlərin maliyyə siyasəti və prosedurlarına uyğun işlənməsi;
  • Kredit üzrə ödənişlərin təsdiqi, ödənişə göndərilməsi, hesablaşma, depozit və uzadılma (prolongation) əməliyyatların aparılması;
  • Ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi;
  • Əməliyyatların düzgün qeydiyyatının aparılması və təhlükəsizliyinin təmin edilməsi;
  • Ödənişlərlə yaranan problemləri müştəri tərəfindən təqdim edilən ödəniş çeklərinə əsasən araşdırılması və həll edilməsi;
  • Müştəri tərəfindən hesabına artıq ödənilmiş pulun geri qaytarılması;
  • Müştəri tərəfindən imtina edilən kreditin ləğvi;
  • Bütün aparılan əməliyyatların uçota alınmasını və düzgün saxlanması təmin edilməsi;
  • Müştərilərin ödəniş məsələlərini həll etmək üçün digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət həyata keçirilməsi;
  • Müştərilərin ödəniş və köçürmə məhsulları ilə əlaqəli əməkdaşlıq və əqdlərinin hazırlanması, struktura salınması və həyata keçirilməsində dəstək verməsi, lazımi məlumatlarla təmin etməsi;
  • “ERP” proqram məlumatlarından istifadə edilməsi və prosesin avtomatlaşdırılmasında iştirak edilməsi;
  • Təlimatlara uyğun olaraq bütün zəruri proqram təminatından istifadə etmək.

İmtiyazlar:

  • Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta təminatının verilməsi (sınaq müddəti bitdikdən sonra);
  • Dadlı və limitsiz qəhvə;
  • “Team building” tədbirlərinin keçirilməsi;

İş şərtləri:

İş vaxtı: 5/2, 09:00-18:00;

Əmək haqqı: 800 AZN (net);

Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.

VAKANSİYA 2

Halal – P

Diller müştərilər üzrə menecer

 Son tarix 30 okt 2024 – [email protected]

Müəssisə haqda məlumat:
“Halal- P” MMC 20 ilə yaxındır poliqrafiya, çap və sair org. texnika ixracı, satışı və texniki servisini təmin edən və bir neçə dünyaca məşhur Org. texnologiyalarına aid brendlərin rəsmi təmsilcisidir.
Vəzifələr:

  • Satış planının müəyyən edilməsi və  icrasının təmini.
  • Diller üzrə səfər və monitorinq planlarının tərtibi və icrası.
  • Yeni müştərilərin cəlb edilməsi, potensial müştərilərlə ünsiyyətin qurulması, mövcüd müştərilər ilə işgüzar münasibatlərin gücləndirilməsi.
  • Yeni məhsulların tanıtımı.
  • Alternativ kanallarla məhsullarını satışı.
  • Müqavilələrin bağlanması və ödənişlərin icrasının izlənməsi.
  • Dillerlərin sifarişlərinin idarə edilməsi.
  • Vitrin düzənlənməsində iştirak.
  • Marketin əməkdaşları ilə kompaniyaların icrası.
  • Rəhbərliyə hesabatların təqdim edilməsi.
  • CRM aparılması.
  • SWOT analizlərin aparılması.
  • Rəqiblərin izlənməsi.

Tələblər:

  • Ali təhsil
  • Bənzər sahə iş təcrübəsi (üstünlükdür).
  • Rus dili (səlis), İnglis dili (arzuolunandır).
  • Ünsiyyətçil,natiq, təşkilatçı, təşəbbüskar, yaradıcı, xoş Zahiri görünüşü.
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı.
  • Məsuliyyətli və dinamik komanda mühitində işləmə bacarığı.
  • Sərbəst Microsoft excel biliyi.


İş şəraiti:

  • Həftəlik 5 iş günü ( 08:30-dan 17:30-dək)
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi uyğun sənədləşmə
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir ( fiks və bonus sitemi)

CV-rinizi  vəzifənin adını qeyd edərək  [email protected] ünvanına göndərməyi unutmayın.

VAKANSİYA 3

Ipoteka Group

Satış üzrə menecer

Son tarix 30 okt 2024 – [email protected]

İpoteka.az MMC 

Tələblər

  • Reklam satışı sahəsində minimum 2 il təcrübə
  • Yüksək kommunikasiya və təqdimat bacarıqları
  • Satış sahəsində nəticəyönümlü yanaşma
  • Azərbaycan dilini sərbəst bilmək (rus və ingilis dili üstünlükdür)
  • Komanda ilə işləmə bacarığı

Vəzifə öhdəlikləri

  • Müştəri bazasının genişləndirilməsi və yeni müştərilərin cəlb edilməsi
  • Reklam paketlərinin satışı və müştərilərlə effektiv əlaqələrin qurulması
  • Satış strategiyalarının hazırlanması və həyata keçirilməsi
  • Mövcud müştərilərlə əlaqələrin idarə olunması və yenilənməsi
  • Satış hədəflərinin yerinə yetirilməsi və satış hesabatlarının hazırlanması

İş şəraiti

  • Həftədə 5 iş günü: 09.00-18.00
  • Əmək haqqı 800 + bonus (1 ay sınaq müddəti)

Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına və ya whatsapp-la 077 322 33 66 nömrəsinə göndərə bilərlər.

VAKANSİYA 4

FINCA Azerbaijan

Müştəri Əlaqələri üzrə İşçi (Lənkəran filialı)

Son tarix 30 okt 2024 – Müraciət et

Təsvir

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı  Lənkəran filialı üçün MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.

Rol haqqında:

Təşkilatda Ön Ofis xidmətlərinin və Baş Ofis Departamentləri/Şöbələri ilə filialın səmərəli əməkdaşlığın təminatçısı olan Müştəri Əlaqələri üzrə İşçi, təşkilatın təqdim etdiyi kreditlərin verilməsi prosesinə qüsursuz dəstək göstərir. Bu dəstək çərçivəsində Müştəri Əlaqələri üzrə İşçi həmçinin, Baş Ofis Departamentləri/Şöbələri ilə filialın koordinasiyalı işinin nəticəsində yüksək keyfiyyətli müştəri xidmətlərini göstərməklə tamamlanması, çoxsaylı müştəri müraciətlərini cavablandırmaq və ona, inzibati və sturuktur istiqamətli aidiyyatı olan işlərin keyfiyyətlə/zamanında icrası üzrə cavabdehdir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
  • Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərinin keyfiyyətlə və zamanında qəbulunu təmin etmək və bu müraciətləri təlimat üzrə aidiyyatı şöbələrə operativ çatdırmaq;
  • Kreditlərin rəsmiləşdirilməsi, sənədləşdirilməsi və müştərilərə çatdırılma kanallarını dəstəklə təmin etmək;
  • Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə filialın inzibati işlərini icra etmək və arxiv funksiyasını idarə etmək;
  • Tələb olunan hesabatları hazırlamaq və birbaşa menecerinə təqdim etmək;
  • Təşkilat tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
  • Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə səmərəli əməkdaşlıq qurmaq;
  • Digər öhdəlik və tapşırıqları keyfiyyətlə/zamanında icra etmək;

Tələblər

Namizəddən gözləntilərimiz:

  • Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili;
  • Müştəri Xidmətləri və Ofis işləri üzrə ən azı 6 aylıq iş təcrübəsi;
  • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
  • Kreditvermə sahəsində başlanğıc səviyyədə biliklərin olması arzuolunandır;
  • Məsuliyyətli və təşəbbüskar olmaq;
  • İşgüzar və aktiv olmaq;
  • Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı

Dil Bilikləri:

  • Səlis Azərbaycan dili bilikləri, fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları.

VAKANSİYA 5

Company

Müştəri əlaqələri üzrə koordinator

Son tarix 30 okt 2024 – [email protected]

“GLB LOGİSTİCS” MMC

Vəzifə öhdəlikləri:

  • Müştərilərin şikayət və təkliflərini dinləmək
  • Müştərilərin telefon və ya sosial şəbəkə  vasitəsilə edilmiş şikayətlərinin cavalnadırılması
  • Müştəri məmnuniyyəti sorğularının keçirilməsi
  • Müştəri müraciətlərinin aidiyyatı üzrə yönləndirilməsi
  • Müəssisənin xidmətlərinin təşkili və aparılması
  • Müəssisənin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması
  • Müştərilərdən daxil olan məlumatların operativ şəkildə cavablandırması və rəhbərliyin diqqətinə çatdırılması
  • Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
  • Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
  • Rəhbərlik tərəfindən tapşırılan lazımi hesabatların təqdim edilməsi

Tələblər:

  • Yaş : 22 – 40
  • Cins : Kişi
  • Ali təhsil
  • Müvafiq sahədə 1 ildən az olmayaraq iş stajı
  • Azərbaycan dillərində səlis danışıq,  ingilis dilini bilmək üstünlükdür;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli
  • Komanda şəklində işləməyi bacarmalı
  • Təhlil və analiz etmə qabiliyyəti
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Analitik yanaşma qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə bacarığı

İş rejimi və digər şərtlər:

  • •İş qrafiki: 11:00 – 20:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • •İstirahət günləri: şənbə və bazar;
  • •İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu
  • Əmək haqqı: 1000 AZN net+ bonus.(bonus daxil 1400 azn kimi)

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mail ünvanına mövzu hissəsinə“Müştəri əlaqələri üzrə kordinator”  qeyd edərək [email protected] göndərmələri xahiş olunur.

Mob: (070) 726 46 96