AZ

Qazilərin müavinəti bu qədər olacaq: Əməkhaqqı artımı isə...

Ölkə başçısı parlamentin ilk iclasında gələn il pensiya və minimum əməkhaqqlarının artırılacağını bəyan etdi. Bu, olduqca mühüm qərardır. Dövlət büdcəsi ilə bağlı məsələlər müzakirə edilən zaman minimum əməkhaqqı da diqqətdə olur. Çünki minimum əməkhaqqının artırılması müəyyən sahələrə müsbət təsir göstərir.

Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a iqtisadçı alim Vahid Əhmədov deyib.

O qeyd edib ki, hazırda ölkədə minimum əməkhaqqı 345 manatdır:

“Gələn ildən isə bu sahədə hansı səviyyədə artımın olacağını dəqiq söyləmək çətindir. Bu, Maliyyə Nazirliyinin hesablamalarından asılı olan məsələdir. Ona görə də, dövlət büdcəsi müzakirəyə çıxarılan zaman bu məsələyə mütləq baxılmalıdır”.

İqtisadçı hesab edir ki, digər sosial məsələlərin də həlli vacibdir:

Seçilən
16
1
publika.az

7Mənbələr