AZ

Azərbaycan su böhranı ilə üzbəüz olan ölkələrdəndir - Firidun Tağıyev

Azərbaycanın torpaqlarının böyük qismi suvarılan torpaqlardır. Bunun üçün də su ehtiyatları kifayət qədər olmalıdır.

Olaylar xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət İdarəsinin rəisi Firidun Tağıyev Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan su böhranı ilə üzbəüz olan ölkələrdəndir.

"Mövcud suyumuzu daha səmərəli istifadə etməliyik. Kənd təsərrüfatı sektoru su istehlakının böyük qismini özündə ehtiva edir. Bizi bəzən buna görə ittiham edirlər ki, bu sektor su ehtiyyatlarını tükədir. Amma dünyanın hər yerində belədir. Hər bir kəs kənd təsərrüfatında istehlak olunan suya cavabdehdir. Bu səbəbdən sudan məqsədyönlü şəkildə istifadə etməliyik.

Azərbaycanın torpaq resursları məhduddur. Kənd təsərrüfatının təməlində idarə olunan suvarma sistemi dayanır. Bizim gələcəklə bağlı proqnozlarımız nikbin deyil. Zamanla daha pis vəziyyətə doğru gedirik. Buna səbəb iqlim dəyişikliyi, təbii resursların azalması və insan sayının artmasıdır", - deyə o bildirib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
50
olaylar.az

10Mənbələr