AZ

İranda SEPAH-ın komandiri öldürüldü

İranın Bent şəhərində (Sistan və Bəlucistan əyaləti) terror aktı həyata keçirilib.

Missiya.Az “IRNA”ya istinadən xəbər verir ki, naməlum şəxslərin avtomobildən insanlara atəş açması nəticəsində 5 nəfər həlak olub.

Qeyd olunur ki, həyatını itirənlər arasında İran İslam İnqilabı Keşikşiləri Korpusunun (SEPAH) Bent şəhərindəki komandiri Pərviz Kadhodai və Bent şəhər şurasının rəhbəri Yusif Şirani də var.

Məlumata görə, 2 nəfər isə ağır yaralanıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
31
missiya.az

1Mənbələr