Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) daşınmaz əmlakın icbari sığortası ilə bağlı uzun müddətdir müəyyən layihələr həyata keçirir, beynəlxalq təcrübəni araşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə AMB-nin Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov 2024-cü ilin birinci yarımili üzrə maliyyə sabitliyi hesabatının təqdimatında deyib.
O qeyd edib ki, AMB ölkədə katastrofik risklərin sığortalanması və sığorta müqavilələrində əhatəliliyin təmin edilməsi ilə bağlı tədbirlər həyata keçirir: “Məqsəd əhalini, biznes subyektlərini katastrofik risklərdən qorumaqdır. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır”.