AZ

Papa Fransiskdən sərt açıqlama: Onlar muzdlu qatildir!

Katolik Kilsəsinin lideri Papa Fransiskin abortu “qətl”, abort etdirən həkimləri isə “muzdlu qatil” adlandırmasına hüquq müdafiəçilərindən tutmuş tibb dünyasına qədər geniş kütlədən reaksiya gəlib.

Yenisabah.az xəbər verir ki, Papa kilsədə uşaqlara qarşı belə sərt ifadələr işlətmədiyi üçün tənqid edilib.

Lüksemburq-Belçika səfərindən sonra Vatikana qayıdan Fransisk jurnalistlərin suallarını cavablandırıb. O bildirib: “Unutmayaq, abort qətldir. Bunu edən həkimlər də muzdlu qatillərdir. Bu, müzakirə olunacaq bir şey deyil". socar vakansiya

Roma Papası Brüsselə səfəri zamanı keçmiş Belçika kralı Boduinin məzarını ziyarət edib və keçmiş kralı aborta qarşı mövqeyinə görə tərifləyib. Boduin abortu qanuniləşdirən qanunu imzalamamaq üçün 1990-cı ildə birgünlük taxtdan imtina edib. Buna görə Vatikanda kralın kanonizasiya prosesinə başlanacaq.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
35
yenisabah.az

1Mənbələr