AZ

Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb – “Bloomberg”

Əsasən şirkət səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Milyarderlər İndeksi”nə görə, Rusiyanın ən varlı iş adamlarının sərvəti 2024-cü ilin əvvəlindən 31,025 milyard dollar artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bloomberg Milyarderlər İndeksi”nə görə, ilin əvvəlindən “Evroxim” və “Sibir Kömür Enerji Şirkəti”nin həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 6,22 milyard dollar artaraq 25 milyard dollara çatıb. “Severstal”ın qurcusu Aleksey Mordaşovun sərvəti isə 5 milyard dollar artaraq 25,9 milyard dollar olub. Eyni zamanda, NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisin sərvətini 28,2 milyard dollara çatdıraraq, 4,27 milyard dollar qazanıb.
Ən böyük itkini Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Əlişir Usmanov yaşayıb. Onun sərvəti 5,51 milyard dollar azalaraq, 15,6 milyard dollara düşüb.
Qeyd edək ki, agentlik 2012-ci ilin martından planetin ən varlı 500 adamının sərvəti haqqında məlumatların yer aldığı “Bloomberg Milyarderlər İndeksi”ni dərc edir.

Seçilən
17
50
aztoday.az

10Mənbələr