İsrail Müdafiə Qüvvələri (IDF) İranın yəhudi dövləti istiqamətində raketlər atdığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun Telegram kanalında məlumat verilib.
Hesabatda deyilir: “Bir müddət əvvəl İrandan İsrail dövlətinə raketlər atılıb. İDF ölkə vətəndaşlarını ayıq-sayıq olmağa və göstərişlərə əməl etməyə çağırıb. İsrail ordusu yəhudi dövlətinin “mülki əhalisini qorumaq üçün lazım olan hər şeyi edəcək".
İran tərəfindən İsrailə 100-dən çox ballistik raket atılıb.