AZ

Bəzi ölkələr hava məkanlarını bağladı


İranın İsrailə raket hücumu fonunda bəzi ölkələr hava məkanını bağlayıb.
Yeniavaz.com
xəbər verir ki, onların arasında Livan, İordan və İrak var.
Livanın “Al Wataniya” agentliyinin məlumatına görə, regional hadisələri nəzərə alaraq, hava məkanı iki saat ərzində aviasiya üçün bağlı olacaq.
“Mülki Aviasiya İdarəsi İordaniya hava məkanını krallığın ərazisi üzərindən uçan bütün mülki təyyarələr üçün bağladığını elan edir. Bu qərar regionda eskalasiya fonunda qəbul edilib”, - “Petra” agentliyinin yaydığı məlumatda deyilir.
İraq Nəqliyyat Nazirliyinin rəhbəri bildirib ki, ölkədə bütün hava limanlarının fəaliyyəti hazırda dayandırılıb:
“İraq, marşrutları İraq ərazisi üzərindən uçan mülki təyyarələrin təhlükəsizliyini təmin etmək üçün öz hava məkanını müvəqqəti olaraq bağlayır”.
Seçilən
28
yeniavaz.com

1Mənbələr