AZ

"Amper Elektrik" işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA

Amper Elektrik

Baş mühasib

Son tarix 01 noy 2024 - [email protected]

Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

İş barədə məlumat:

  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi; 
  • Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • ƏDV, Mənfəət, DSMF, Statistika, hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
  • Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;
  • Əmək haqqı : 2000 AZN
  • Korporativ nömrə və korporativ paket
  • Ünvan: Lökbatan qəs, Abşeron TM

Tələblər:

  • Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • İş təcrübəsi : Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi
  • Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
  • Dil biliyi: Azərbaycan dili-yülsək səviyyədə, Rus və İngilis dili bilənlərə üstünlük veriləcək;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
  • PMS sertifikatı arzuolunandır; 
  • Güclü ünsiyyət, komandalarla effektiv əməkdaşlıq etmək bacarığı
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları
Seçilən
100
1
fed.az

10Mənbələr