Ram Holding
Təchizat sənədləşmələri üzrə assistent
Son tarix 01 noy 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- 1 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus dili yüksək, ingilis dili isə orta səviyyədə;
- Kompüter bilikləri: MS Office (Excel və Word biliyi);
- Operativ və gördüyü işə cavabdehlik.
Vəzifə öhdəlikləri:
- Daxili sifarişə əsasən xarici satınalmalarla bağlı müqavilə və əlaqəli sənədlərin hazırlanması, təchizatçıya sifarişin verilməsi və izlənilməsi;
- Tədarükçülərlə tələb olunan sənədlər və s. şərtlərlə bağlı danışıqların aparılması;
- Tədarükçü ilə əldə edilmiş razılaşmaya və invoys sənədinə əsasən ödəniş şərtlərinə uyğun olaraq ödəniş edilməsi;
- İnvoysda olan məlumatların yoxlanılması, idxal edilməsi məqsədi ilə sifarişin müvafiq logistika əməkdaşına təqdim edilməsi;
- Satınalma sifarişlərinin 1C proqramına daxil edilməsi və 1C də müvafiq əməliyyatların icra edilməsi;
- Təchiz olunan malların keyfiyyətinə nəzarət və kompensasiya məsələlərinin həll edilməsi;
- Təchiz olunmuş mallarda uyğunsuzluq olarsa kompensasiya prosesinin başlanılması və müvafiq struktura ötürülməsi;
- Sənədlərin hazirlanması (müqavilə, invoys, etibarname);
- Rəhbərin əlavə tapşırıqları olarsa icra etmeli.
İş şərtlərimiz:
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Əmək haqqı: 554-637 AZN net;
- İş yeri: Binəqədi ray, Mədən küç 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz;
- Servis xidməti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat sənədləşmələri üzrə assistent” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Aparıcı mühasib
Son tarix 01 noy 2024 - [email protected]
Namizədə aid tələblər:
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
- Minimum 3 il mühasibat sahəsində iş təcrübəsi;
- AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə biliklər;
- Microsoft Office proqramları üzrə biliklər;
- 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Dövlət hesabatlarının tərtib olunması;
- İdarəçilik və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətli, dəqiq və peşəkar;
Əsas vəzifə və öhdəliklər:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq uçotun təşkil edilməsi;
- Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin təmin edilməsi;
- Təsdiqedici sənədlərin vaxtlı-vaxtında və lazımi qaydada təqdim edilməsi üçün yazışmaların aparılması;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
- Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyələrin hesablanması və köçürülməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı-1500-1800 azn.
Qeyd: Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını (Aparıcı mühasib qeyd edərək CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Anbardar
Son tarix 01 noy 2024 - [email protected]
Namizəddən tələblər:
- Ali təhsil
- Anbar sahəsində ən azı 2 il təcrübə
- Əsasən iri texnikalarla iş təcrübəsi olan namizədlərə üstünlük verilir
- Hər hansı bir WMS ,ERP sistemində iş təcrübəsi ( 1C ,Tiger-Logo,SAP və s )
Vəzifə funksiyaları:
- Anbarlara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək
- Anbara daxil olan malların daşınması və boşaldılması prosesinin təşkil etmək və icrasına nəzarət etmək
- Anbara daxil olan malları ilkin vizual baxışdan keçirmək və problem aşkarlandığı halda qeydiyyatını aparmaq müvafiq strukturlara məlumat vermək
- Malları təhvil aldıqda üzləşmə aktını hazırlamaq
- Malların qəbulunu checklist üzərində almaq və nəzarət etmək
- Anbarın təmiz saxlanmasına nəzarət etmək
- Satış qabağı malların işlək vəziyyətdə olmasını təsdiqləmək üçün PDİ üçün müraciətin edilməsi
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək
- Gün ərzində görülən işlərlə bağlı rəhbərliyə hesabat vermək
- Malların anbara daxil olması barədə məlumatların mühafizə bölməsinə bildirmək
Əmək haqqı: Fix Aylıq 1.440,00 AZN GROSS
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” yazaraq [email protected] ünvanına və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.