AZ

"Ram Holding" işçilər axtarır - MAAŞ 550-640-1440-1500-1800 MANAT - VAKANSİYALAR

Ram Holding

Təchizat sənədləşmələri üzrə assistent

Son tarix 01 noy 2024 - [email protected]

Namizədə olan tələblər:

  • Ali təhsil; 
  • 1 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus dili yüksək, ingilis dili isə orta səviyyədə;
  • Kompüter bilikləri: MS Office (Excel və Word biliyi);
  • Operativ və gördüyü işə cavabdehlik.

 Vəzifə öhdəlikləri:

  • Daxili sifarişə əsasən xarici satınalmalarla bağlı müqavilə və əlaqəli sənədlərin hazırlanması, təchizatçıya sifarişin verilməsi və izlənilməsi;
  • Tədarükçülərlə tələb olunan sənədlər və s. şərtlərlə bağlı danışıqların aparılması;
  • Tədarükçü ilə əldə edilmiş razılaşmaya və invoys sənədinə əsasən ödəniş şərtlərinə uyğun olaraq ödəniş edilməsi;
  • İnvoysda olan məlumatların yoxlanılması, idxal edilməsi məqsədi ilə sifarişin müvafiq logistika əməkdaşına təqdim edilməsi;
  • Satınalma sifarişlərinin 1C proqramına daxil edilməsi və 1C də müvafiq əməliyyatların icra edilməsi;
  • Təchiz olunan malların keyfiyyətinə nəzarət və kompensasiya məsələlərinin həll edilməsi;
  • Təchiz olunmuş mallarda uyğunsuzluq olarsa kompensasiya prosesinin başlanılması və müvafiq struktura ötürülməsi;
  • Sənədlərin hazirlanması (müqavilə, invoys, etibarname);
  • Rəhbərin əlavə tapşırıqları olarsa icra etmeli.

İş şərtlərimiz:

  • İş qrafiki : Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30;
  • Əmək haqqı: 554-637 AZN net;
  • İş yeri: Binəqədi ray, Mədən küç 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz;
  • Servis xidməti.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat sənədləşmələri üzrə assistent” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

Aparıcı mühasib

 Son tarix 01 noy 2024 - [email protected]

Namizədə aid tələblər:

  • Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
  • Minimum 3 il mühasibat sahəsində iş təcrübəsi;
  • AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə biliklər;
  • Microsoft Office proqramları üzrə biliklər;
  • 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
  • E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
  • Dövlət hesabatlarının tərtib olunması; 
  • İdarəçilik və təşkilatçılıq bacarıqları;
  • Məsuliyyətli, dəqiq və peşəkar;

Əsas vəzifə və öhdəliklər:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq uçotun təşkil edilməsi;
  • Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin təmin edilməsi;
  • Təsdiqedici sənədlərin vaxtlı-vaxtında və lazımi qaydada təqdim edilməsi üçün yazışmaların aparılması;
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
  • Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyələrin hesablanması və köçürülməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirilməsi. 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı-1500-1800 azn.  

Qeyd: Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını (Aparıcı mühasib qeyd edərək CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Anbardar

 Son tarix 01 noy 2024 - [email protected]

Namizəddən tələblər:

  • Ali təhsil
  • Anbar sahəsində ən azı 2 il təcrübə
  • Əsasən iri texnikalarla iş təcrübəsi olan namizədlərə üstünlük verilir
  • Hər hansı bir  WMS ,ERP sistemində iş təcrübəsi ( 1C ,Tiger-Logo,SAP  və s )

Vəzifə funksiyaları:

  • Anbarlara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək
  • Anbara daxil olan malların daşınması və boşaldılması prosesinin təşkil etmək və icrasına nəzarət etmək
  • Anbara daxil olan malları ilkin vizual baxışdan keçirmək və problem aşkarlandığı halda qeydiyyatını aparmaq müvafiq strukturlara məlumat vermək
  • Malları təhvil aldıqda üzləşmə aktını hazırlamaq
  • Malların qəbulunu checklist üzərində almaq və nəzarət etmək
  • Anbarın təmiz saxlanmasına nəzarət etmək
  • Satış qabağı malların işlək vəziyyətdə olmasını təsdiqləmək üçün PDİ üçün müraciətin edilməsi
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək
  • Gün ərzində görülən işlərlə bağlı rəhbərliyə hesabat vermək
  • Malların anbara daxil olması barədə məlumatların mühafizə bölməsinə bildirmək

Əmək haqqı: Fix Aylıq 1.440,00 AZN GROSS
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar”  yazaraq [email protected]  ünvanına və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur. 

Seçilən
119
50
fed.az

10Mənbələr