AZ

“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT

““Unibank”-dan dan Albalı kartı vasitəsilə 2 min manat kredit götürdüm. Onlar da mənə öncədən deməmişdilər ki, Albalı kartı vasitəsilə kredit götürəndə 30 faizlə ödəyirsən. Düşündüm ki, 100, 200 manatdır da, hər ay ödəyəcəm. Aylığa böldülər, dedilər ki, ayda 100 manat ödəyəcəksən. Mən də razılaşdım. Ümumi 2600 manat pul vermişdilər. Birinci, ikinci və üçüncü ay 100 manat ödədim. Sonra telefonuma “Unibank”-ın tətbiqini yüklədim. Hər ayın 5-də maaşdan-maaşa krediti ödəyirdim. Hər ayın sonunda da görürdüm ki, ödədiyim 100 manat yenidən 100 manat olub. Sən demə ödədiyim kredit yalnız faizə çıxıb. Zəng edib maraqlanandan sonra məlum oldu ki, onlar krediti 30 faizlə veriblər. Mənə şifahi şəkildə faizini aşağı deyiblər, sənədlərdə 30 faiz yazıblar. Məni aldadıblar”
 
Bunu Moderator.az-a açıqlamasında şikayətçi Taleh Qarayev deyib. O krediti ödəməkdən imtina etdiyini vurğulayıb.
 
“Pulum olmadığı üçün hazırda krediti ödəmirəm. 2-3 dəfə yığıb soruşublar. Mən də pulumun olmadığını əsas gətirmişəm. Nə vaxt olarsa o zaman da ödəyərəm. Borcum 2700 manatdır. Sonuncu dəfə mənə dedilər ki, 65 manat ödə, faizini silək, sonra qaldığın yerdən ödəyərsən. 65 manatı ödədim. İstəyirlər gəlib maaşımdan tutsunlar, çalışdığım yerə getsinlər.. Nə istəyirlər onu da etsinlər. İcraçı mənə zəng vurub kobud şəkildə bildirdi ki, krediti ödəyə bilməsən maaşından tutulacaq. Mən işdən çıxandan sonra kimdən alacaqsan? Mənə deyirlər ki, axır-əvvəl səndən pulu alacağıq. Mən işsiz olandan sonra pulu kimdən alacaqsan? Pulum yoxdur, oğurluq edib gətirib sənə pul verim? Mənə əvvəldən deyərdin ki, 30 faizlə verirəm, bəlkə heç kredit götürməyəcəkdim?! 10 aya 100 manatdan hesablasaq kreditin min manatı bitməli idi. Çekləri də saxlamışam. İndi min manat boşluqa gedib?! Əgər 10 ayımı hesablayırlarsa, qalan min manatı ödəməyə hazıram. Əks halda ödəməyəcəm. Çünki ödədikcə çoxalır” deyə şikayətçi bildirib.
 
Moderator.az olaraq şikayətçi Taleh Qarayevin “Unibank” haqqında səsləndirdiyi iddialara qarşı bankın mövqeyini işıqlandıramağa hazırıq.
Seçilən
112
4
moderator.az

5Mənbələr