AZ

Avropa İttifaqı İranın İsrailə hücumunu pisləyib

Avropa İttifaqı İranın "regional təhlükəsizliyə təhdid" olan İsrailə hücumunu qətiyyətlə pisləyir.

“İki sahil” xəbər verir ki,  bu barədə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib. “İranın İsrailə hücumunu qəti şəkildə qınayıram, bu, regional təhlükəsizliyə təhdiddir”, - S.Mişel “X” sosial şəbəkəsində yazıb. Mişelin sözlərinə görə, “Yaxın Şərqdə ölümcül eskalasiya spiralı indi dayanmalıdır”. "Regional müharibə heç kimin maraqlarına uyğun deyil. Aİ gərginliyin azaldılması və mülki əhalinin həyatının qorunması üçün səyləri dəstəkləməyə hazırdır", - o əlavə edib.

Seçilən
15
11
ikisahil.az

10Mənbələr