AZ

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Aqrar

Bakı, 2 oktyabr, AZƏRTAC

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov oktyabrın 8-də, saat 10:00-da İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların Aqrar Sığorta Fondunun səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin (1652) və Aqrar Sığorta Fondunun (1651) “Çağrı Mərkəzləri”nə, eyni zamanda İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-222-12-92) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Seçilən
47
4
azertag.az

10Mənbələr