AZ

Braziliya prezidentinin təyyarəsi Mexikoda məcburi eniş edib

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın təyyarəsi havaya qalxdıqdan sonra Mexikoda məcburi eniş edib...

Poliqon xəbər verir ki, bu barədə Braziliya hökuməti məlumat yayıb. Braziliyanın G1 portalının daha əvvəl xəbər verib ki, uçuş zamanı təyyarədə texniki problem müəyyən edilib.

Prezident Luiz İnasio Lula da Silva və Braziliya nümayəndə heyətinin bir hissəsini daşıyan təyyarə texniki nasazlıq müəyyən edildikdən sonra Meksikaya təhlükəsiz eniş edib”, deyə hökumətin İnstaqram səhifəsində bildirib.

Uçuş izləmə xidmətlərinin məlumatına görə, Braziliya prezidentini daşıyan təyyarə 4 saat 58 dəqiqə Mexiko ştatı üzərində səmada olub.

Lula da Silva Meksikanın yeni prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak etmək üçün Meksikaya gəlib.

Poliqon.info

Seçilən
50
5
poliqon.info

9Mənbələr