AZ

İsrail səfirliyi Rusiya ilə fikir ayrılığına aydınlıq gətirdi

"İsrail iki ölkə arasında fikir ayrılıqlarının olmasına baxmayaraq, Rusiya Federasiyası ilə münasibətlərin saxlanmasını vacib sayır".

Rusiya mediasının yaydığı məlumata görə, bu barədə İsrailin Moskvadakı səfirliyi məlumat yayıb.

“Mövqelərimizin tamamilə üst-üstə düşmədiyi əsas məsələlər olsa belə, İsraillə Rusiya Federasiyası arasında münasibətlər mühüm və əhəmiyyətlidir”, - diplomatik nümayəndəlik vurğulayıb.

Xatırladaq ki, oktyabrın 1-də "Ynet" portalı Kreml və İsrail hakimiyyətinin Rusiya prezidenti Vladimir Putinlə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı təşkil etmək üçün danışıqlar apardığını bildirib. Lakin sonradan Kremlin sözçüsü Dmitri Peskov bu məlumatı təkzib edib.

Tural

Seçilən
49
news365.az

1Mənbələr