AZ

Xan Yunusda jurnalistin ailəsinin evi bombalanıb - Ailə üzvlərinin bəziləri həlak olub

İsrail qüvvələri bu gün səhərdən Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində 10-dan çox evi bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Xan Yunus şəhərinin şərqindəki Selam, Menara və Maan bölgələrindəki evlərə endirilən zrəbələr nəticəsində azı 20 nəfər ölüb 50-yə yaxın isə yaralanıb.

Fələstinin WAFA rəsmi agentliyi bildirib ki, vurulan evlərdən biri isə jurnalistin ailəsinin evi olub: "Təəssüf ki, vurulan evlərdən biri bizim əməkdaşımız - jurnalist Əhməd əz-Zerdin ailəsinin yaşadığı ev olub. İsrail qüvvələri Xan Yunisin cənub-şərqində onların yaşadığı ikimərtəbəli evi bombalayıb. Nəticədə jurnalist Zerdin qardaşı, əmisi və əmisi uşaqları da daxil olmaqla, bir çox ailə üzvü həyatını itirib, anası və qardaşı Zerd isə ağır yaralanıb".

Tahir Şəlvəli

MİA.AZ

Seçilən
22
mia.az

1Mənbələr