AZ

Avropa İttifaqının səfirləri Rusiyaya qarşı yeni sanksiyalar mexanizmi ilə bağlı razılığa gəliblər

Avropa İttifaqının səfirləri üçüncü ölkələrə qarşı hibrid hərəkətlərə görə Rusiyaya qarşı yeni sanksiyalar mexanizmi barədə razılığa gəliblər.

 

Oxu24.com xəbər verir ki,  bu barədə TASS  Brüsseldəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

 

Müvafiq mexanizm Aİ-nin Daimi Nümayəndələr Komitəsi tərəfindən təsdiq edilib.

 

Sentyabrın 24-də G7 mövcud sanksiyalar paketini və iqtisadi tədbirləri genişləndirməklə Rusiyaya təzyiqləri davam etdirmək planlarını açıqlayıb. G7 ölkələri də Çində və Rusiyanın hərbi sənaye kompleksini dəstəklədiyi iddia edilən digər dövlətlərdə olan şəxslərə qarşı lazımi tədbirləri davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.

 

Sentyabrın 25-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 xarici işlər nazirlərinin iclasında bildirib ki, son 10 ildə Qərb ölkələri təkcə Rusiyaya qarşı 21 mindən çox sanksiya tətbiq edib.

Bundan əvvəl anti-Rusiya sanksiyalarının müsbət nəticələri məlum olub.

 

Nigar

 

Seçilən
38
oxu24.com

1Mənbələr