Demokrat.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciətində yer alıb.
Azərbaycanın, eyni zamanda, qlobal iqlim fəaliyyətinə də töhfə verən ölkə olduğunu bildirən dövlətimizin başçısı əlavə edib:
"Əlamətdar haldır ki, bu forum bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən və cari ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində keçirilir. Bu cür mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana olan böyük hörmət və etimadın, eləcə də ölkəmizin bütün səviyyələrdə iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfəsinin göstəricisidir. İnanıram ki, COP29 yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə iqlim həmrəyliyinin gücləndirilməsinə mühüm təkan verəcək".
Prezident İlham Əliyev qeyd edib ki, bugünkü tədbirin Azərbaycanda təşkili həm iqlim dəyişmələrinin qarşısının alınması, həm də insan hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizin qətiyyətini nümayiş etdirir. Forum iqlim dəyişmələrinin yaratdığı problemlər və onların həlli yollarının insan hüquqları perspektivindən müzakirə edilməsi, bu sahədə mövcud müsbət təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətə malikdir.
10Mənbələr
-
demokrat.az"Azərbaycan qlobal iqlim fəaliyyətinə töhfə verən ölkədir" — Prezident ( 11604007)
-
editor.azPrezident: “Azərbaycan qlobal iqlim fəaliyyətinə töhfə verən ölkədir” ( 11603722)
-
vergiler.azAzərbaycan iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verir ( 11599984)
-
day.azPrezident İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verən ölkələr sırasındadır ( 11596900)
-
turkic.worldPrezident İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verən ölkələr sırasındadır ( 11596483)
-
xalqqazeti.azPrezident: Azərbaycan iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verən ölkələr sırasındadır ( 11596318)
-
az.trend.azPrezident İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verən ölkələr sırasındadır ( 11596219)
-
xezerxeber.azPrezident: Azərbaycan iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verən ölkələr sırasındadır ( 11596015)
-
ikisahil.azAzərbaycan iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verən ölkələr sırasındadır ( 11595622)
-
azertag.azPrezident: Azərbaycan iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verən ölkələr sırasındadır ( 11595298)