AZ

"Qarabağ"ın hücumçusu: "Son üç oyunda qol vura bilmirəm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bütün azarkeşlərimiz, Azərbaycan xalqı bizdən qələbə gözləyir və biz etimadı doğrultmağa çalışacağıq"
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın hücumçusu Juninyo İsveç təmsilçisi "Malmö"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
O, sabahkı oyunda qələbə qazanmaq istədiklərini bildirib:
"Çox önəmli oyundur. Bütün azarkeşlərimiz, Azərbaycan xalqı bizdən qələbə gözləyir və biz etimadı doğrultmağa çalışacağıq. İnanırıq ki, ümidləri doğruldacağıq. Son 3 oyunda qol vura bilmirəm. Məşqlərdə əzmlə çalışıram ki, daha məhsuldar olum. Juninyo əvvəlkidir, dəyişməyib. Sadəcə bu futboldur, bəzən yüksəliş olur, bəzən eniş. Amma bu, hər zaman belə davam edəcək demək deyil".
Anar Həsənov
Seçilən
23
44
oxu.az

10Mənbələr