AZ

ÇL-in debütantı həm tarixə düşdü, həm də milyonlar qazandı

“Brest” Çempionlar Liqasının 2-ci turunda “Zalsburq”a 4:0 hesabı ilə qalib gəlib.

Publika.az xəbər verir ki, bu, Fransa klubunun turnirdə ikinci qələbəsidir.

İki oyunun nəticələrinə əsasən, "Brest" UEFA-dan 4,2 milyon avro alacaq. Bu, klubun illik büdcəsinin təqribən 10 faizi (48 milyon avro) və futbolçuların illik əmək haqqı fondunun yarısı (8,4 milyon avro) deməkdir.

"Ağ-qırmızılar" eyni zamanda, ÇL-də debüt edib, ilk iki oyunda qələbə qazanmağı bacaran ilk klub kimi turnirin tarixinə düşüb.

Seçilən
33
publika.az

1Mənbələr