AZ

“Hizbullah”la döyüşlərdə iki İsrail əsgəri həlak olub – “Əl-Cəzirə”


“Livanın cənubunda “Hizbullah” yaraqlıları ilə toqquşma zamanı azı 2 İsrail əsgəri ölüb, 18-i yaralanıb”.
Yeniavaz.com
xəbər verir ki, bu məlumatı “Əl-Cəzirə” telekanalı verib.
Bildirilir ki, səhər saatlarında Livan ərazisinə daxil olan İsrail komandolarının bir dəstəsi sərhəddəki “Əl-Edeisa” şəhəri ərazisində pusquya düşüb.
“Hizbullah” daha əvvəl bir kommünikedə müqavimət qüvvələrinin düşmənə itkilər verdiyini və onları geri çəkilməyə məcbur etdiyini bildirib. Sərhəd bölgəsində baş verən atışma ilə bağlı İsrail komandanlığından heç bir şərh verilməyib.
Seçilən
48
yeniavaz.com

1Mənbələr