Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Zabit Nəbizadə "7 Tamam" verilişində deyib.
Xanəndə hazırda fəaliyyət göstərən bəzi müğənniləri tənqid edib:
"Kim istəyirsə, incisin. Oxuyan gəlsin, mikrofonsuz, tar-kamanla canlı ifa etsin görüm mən dediyim şeyləri verə bilirsə, desin ki, mən müğənniyəm. Mənə müğənni ilə xanəndə sözünün fərqini izah etsin, ona deyim ki, Allah işini avand eləsin.