EN

"İndi hər şeydən əlini üzən müğənni olur"

"Mən heç vaxt belə şeylərə qarışan və ya danışan deyiləm. Amma insanlar çox dəyişib, bunu da zamanın üstünə atırıq. Xanəndələrin, müğənnilərin mikrofonsuz oxuduğu vaxtlardakı kimi, indiki ifaçılar oxuya bilər?  Minidiskin hesabına hamısı oxuyan olub".

Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Zabit Nəbizadə "7 Tamam" verilişində deyib.

Xanəndə hazırda fəaliyyət göstərən bəzi müğənniləri tənqid edib:

"Kim istəyirsə, incisin. Oxuyan gəlsin, mikrofonsuz, tar-kamanla canlı ifa etsin görüm mən dediyim şeyləri verə bilirsə, desin ki, mən müğənniyəm. Mənə müğənni ilə xanəndə sözünün fərqini izah etsin, ona deyim ki, Allah işini avand eləsin.

Chosen
7
1
demokrat.az

4Sources