AZ

ABŞ Dövlət Departamenti 16 ukraynalı hərbçinin edam edilməsinə reaksiya verib

“ABŞ rus hərbçiləri tərəfindən ukraynalı məhbusların kütləvi şəkildə edam edilməsi ilə bağlı xəbərləri təsdiqləmək üçün hələlik müstəqil məlumata malik deyil”.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

"Biz bu hesabatları görmüşük, lakin məndə onları təsdiq edəcək müstəqil məlumat yoxdur. Bununla belə, Ukraynanın müvafiq araşdırma aparması vacibdir", - o deyib.

Miller bildirib ki, Rusiya münaqişə başlayandan bəri dəhşətli işlər görür.

Qeyd edək ki, oktyabrın 1-də sosial şəbəkələrdə rus hərbçiləri tərəfindən guya 16 ukraynalı əsgərin güllələnməsi ilə bağlı məlumat yayılıb.

Daşqın HəsənovMissiya.Az

 

Seçilən
27
9
missiya.az

10Mənbələr