Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl bu halda istefa verəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, siyasətçi bu barədə “TV100” telekanalında danışıb.
O, CHP-ni iqtidar partiyası etmək istədiyini deyib:
“Əgər keçiriləcək ilk seçkilərdə CHP-ni iqtidara gətirməsəm, istefa verəcəyəm. Mən bu partiyanı iqtidar edən ilk partiya sədri olacağam. Mənim vəzifəm partiyamı böyüdərək hakimiyyətə gətirməkdir. Hazırda rəy sorğularında da öndəyik”. /Cebheinfo.a\/