Bu gün Avropa Liqasının əsas mərhələsinin 2-ci turunda “Malmö” ilə qarşılaşacaq “Qarabağ”ın heyətində 4 itki var.
Sportinfo.az xəbər verir ki, Şahruddin Məhəmmədəliyev, Amin Ramazanov, eləcə də sağ cinah müdafiəçiləri Mateus Silva və Marko Veşoviç meydana çıxmayacaq.
Onlar bu qarşılaşmanı buraxacaqlar.
“Qarabağ” – “Malmö” matçı saat 20:45-də başlayacaq.