AZ

Nəm salfetkalar necə yarandı?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son illərdə nəm salfetkaların qlobal bazarı sürətlə genişlənir. Banco.az “Grand View Research”ə istinadla xəbər verir ki, 2020-ci ildə bu bazarın dəyəri təxminən 18 milyard ABŞ dolları olub, 2021-2026-cı illərdə isə bu rəqəmin hər il 5-6% artacağı proqnozlaşdırılır. Bu artımın nəticəsində 2026-cı il üçün bazarın dəyəri 25-30 milyard ABŞ dollarına çatacaq.

Nəm salfetkaların bazarının əsas seqmentləri aşağıdakı kimidir:

  • Körpə salfetkaları: Bu kateqoriya bazarın ən böyük hissəsini təşkil edir. 2020-ci ildə qlobal bazarın təxminən 40-45%-ni körpə salfetkaları təşkil edirdi. Valideynlər arasında yüksək tələbat bu məhsulun populyarlığını artırır.
  • Şəxsi gigiyena və kosmetik salfetkalar: Xüsusilə makiyaj təmizləyici və antibakterial salfetkalar geniş yayılıb. Pandemiya dövründə bu məhsullara olan tələbat artıb.
  • Antibakterial və dezinfeksiyaedici salfetkalar: COVID-19 pandemiyası zamanı bu məhsulların satışı əhəmiyyətli dərəcədə artdı.Xüsusəndə xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə bu salfetkalar geniş istifadə edilir.

Coğrafi bölgələr üzrə satış

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
23
banco.az

1Mənbələr