Tanınmış psixoterapevt Şaiq Sultanov vəfat edib.
Modern.az-ın məlumatına görə, o, yaşadığı evdə qəfldən dünyasını dəyişib.
Qeyd edək ki, Azərbaycan Psixiatriya Assosiasiyasının üzvü olan Ş.Sultanov 2 saylı Psixiatrik Kliniki Xəstəxananın baş həkimi idi. O, həmçinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin keçmiş baş həkimi idi.
Allah rəhmət eləsin!