AZ

Lukaşenko Əli Əsədov ilə görüşdü: "Dostluğumuz üçüncü ölkələrə qarşı yönəlməyib"

Hurriyyet.az "BelTA" informasiya agentliyinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko oktyabrın 3-də Azərbaycanın Baş naziri Əli Əsədov ilə görüşüb. Lukaşenko Azərbaycan ilə Belarusun üçüncü ölkələrə qarşı yox, öz xalqlarının rifahı naminə dostluq elədiklərini bildirib. 

Lukaşenko deyib: "Beynəlxalq arenadakı müxtəlif gözlənilməz dəyişikliklərə baxmayaraq, siz və mənim dostum, çox yaxın dostum və qardaşım İlham Heydəroviç bilməlisiniz ki, Belarus ilə Azərbaycan arasında münasibətlərdə qapalı mövzular yoxdur. Bununla yanaşı, biz beynəlxalq hüququn normalarını qətiyyən pozmuruq, üçüncü ölkələrə qarşı dostluq qurmuruq. Biz öz işimizi öz xalqlarımız naminə görürük".

Hürr Tərcüman

 

Seçilən
51
hurriyyet.az

1Mənbələr