AZ

“Crocus”-da törədilən terror aktının istintaqında yenilik – 4 nəfərə əlavə ittihamlar verilib

Bu ilin martında Moskva yaxınlığındakı “Crokus Siti Hall”-da törədilən terror aktında əli olmaqda təqsirləndirilən dörd nəfərə əlavə ittihamlar irəli sürülüb. Onlar həm də Rusiyada terror təşkilatı kimi tanınan İŞID-ın Əfqanıstan qolu olan “Vilayəti Xorasan” qrupunun üzvü olmaqda ittiham edilirlər.

“AzPolitika” xəbər verir ki, bu barədə “İzvestiya” istintaq sənədlərinə istinadən məlumat yayıb.

Söhbət Şaxromjon Qadoyev, Zubaidullo Ismoilov, Mustakim və Umedjon Solievdən gedir. Bu şübhəlilərin adları yalnız avqustun sonunda, məhkəmə həbs-qətimkan tədbirinin müddətini dekabr ayına qədər uzatdıqdan sonra məlum olub. Onlar terror təşkilatında iştirakla yanaşı, terror aktı törətmək və ona hazırlıq, qanunsuz silah saxlamaq və partlayıcı maddələr istehsal etməkdə də ittiham olunurlar. Lakin ittihamın təfərrüatları məlum deyil. Göründüyü kimi, bu müttəhimlər “Crocus City Hall”-a hücumda birbaşa iştirak etməyiblər.

“Crocus”-da terror aktı 2024-cü il martın 22-də baş verib. Silahlı qrup konsert salonuna girərək insanlara atəş açmağa başlayıb, nəticədə 6-sı uşaq olmaqla 145 nəfər həlak olub, 550-dən çox insan yaralanıb.

Terror aktından dərhal sonra “Vilayəti Xorasan” terror təşkilatı onun təşkilatçısı olduğunu açıqlayıb. Rusiya hakimiyyəti isə konsert zalında törədilən terror aktında Ukraynanın əli ola biləcəyini bəyan edib. Kiyev bunu qəti şəkildə təkzib edir.

May ayında FSB rəhbəri Aleksandr Bortnikov konsert zalında törədilən terror aktı ilə bağlı 20-dən çox adamın, o cümlədən terror aktını törədənləri mənzillə, nəqliyyatla, rabitə avadanlıqları ilə təmin edənlərin saxlanıldığını bildirib.

“AzPolitika.info”

Seçilən
34
azpolitika.info

1Mənbələr