AZ

"Mənim oğlum günahsızdır" - Hüseyn Abdullayevin anas ifadə verməkdən imtina etdi

Keçmiş deputat Hüseyn Abdullayevin məhkəmə prosesinin növbəti iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov məhkəmə prosesində şahid qismində ifadə verən İlqar Mustafayevin ibtidai istintaqda verdiyi ifadəsinin elan olunmasını istədi.

Hakim Azər Tağıyev şahidin ilkin ifadəsini elan etdi: "Mən Hüseyn Abdullayevi 1995-ci ildən tanıyıram. Onun Səbail rayonunda olan mağazasında işləyirdim, həm də inzibati işlərini idarə edirdim. Həmin şirkət Zeynəb və Abbas Abdullayevlərin adına olsada faktiki Hüseyn Abdullayev idarə edirdi. Mən maaş kimi 400 dollar verirdi, 2000-ci ilin sonlarına kimi Hüseyn Abdullayevin yanında işlədim. Hüseyn Abdullayevə xarici biznesindən külli miqdarda pul gəlirdi. Onların müxtəlif banklarda hesablarının olduğunu bilirdim. Azadə Cəfərova Hüseyn Abdullayevin ailəsinin ən yaxın adamı, həmçinin şirkətinin mühasibi idi. Ailə üzvlərinin tapşırığı ilə hesablara mədaxil olunmuş vəsaitləri banklardan məxaric edirdi və onlara verirdi. Həmin pullar ola bilər başqa məqsədlər üçün də istifadə olunurdu. Hüseyn Abdullayevin obyektlərindən icarə haqqlarını mən yığıb Azadə Cəfərova ya təhvil verirdim. O da Hüseyn və Zeynəb Abdullayevanın bank hesablarına mədaxil edirdi. Hüseyn Abdullayev xarici bank hesablarına külli miqdarda vəsaitlər göndərirdi".

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb. İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Orxan Rasifoğlu

Seçilən
35
e-huquq.az

1Mənbələr