AZ

Azərbaycan çempionatı keçiriləcək

Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Msport.az Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ümumilikdə 50-dən çox şahmatçının mübarizə aparacağı gözlənilir.

Azərbaycan çempionatının ümumi mükafat fondu 8000 manat təşkil edəcək. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.

Qeyd edək ki, oktyabrın 4-dən 7-ədək Respublika Şahmat Mərkəzində keçiriləcək turnir rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Ölkə çempionatlarında ilk 3 yeri tutan şahmatçı ABŞ-ın Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına ezam olunacaq.

Seçilən
6
12
msport.az

10Mənbələr