AZ

Ziraat Bank Azərbaycan uşaqlar üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə eko maarifləndirmə turu təşkil edib

Bakı. Trend:

Ziraat Bank Azərbaycan növbəti Korporativ Sosial Məsuliyyətlayihəsi çərçivəsində Bank əməkdaşlarının məktəbli övladları iləbirlikdə “Təmiz Şəhər” ASC-nin təsərrüfat obyektlərinəmaarifləndirici tur təşkil edib.

“Eko maarifləndirmə səfəri” layihəsi çərçivəsində təşkil olunanmaarifləndirici turun məqsədi “Yaşıl dünya naminə həmrəylik ili”mövzusuna toxunaraq, Bakıda keçiriləcək COP29 tədbiri öncəsiuşaqların diqqətini ətraf mühitin mühafizəsinə yönəltməkdir. Turiştirakçıları öncəliklə Balaxanı Bərk Məişət TullantılarınınÇeşidlənməsi Zavodunda tullantıların çeşidlənməsi və təkrar emalagöndərilməsi prosesini əyani şəkildə izləyiblər. Qurumunəməkdaşları tərəfindən qeyd olunub ki, zavodda çeşidlənəntullantılar, Balaxanı Sənaye Parkının rezidentlərini və təkraremalla məşğul olan digər sahibkarları xammal ilə təmin etməkməqsədilə onlara yönləndirilir. Tur çərçivəsində uşaqlaratullantıların doğru çeşidlənməsi haqqında məlumat təqdim edilib,onları maraqlandıran suallar cavablandırılıb və uşaqlarla fikirmübadiləsi aparılıb. Uşaqlara təkrar emala yararlı olantullantıların çeşidlənməsinin önəmi vurğulanıb.

Tullantıların çeşidlənməsi hesabına təkrar emalın həcmininartdığı vurğulanaraq, bu prosesdə cəmiyyətin hər bir üzvünün aktiviştirakının vacib olduğu xüsusi olaraq bildirilib. Sonda turiştirakçılarına məlumatlandırıcı bukletlər və kiçik hədiyyələrtəqdim edilib.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidirvə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsulvə xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformalarıüzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflıməlumatı, Bankın Instagram, Twitter,Linkedin sosial media hesablarından və ya *9229qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Seçilən
20
10
az.trend.az

10Mənbələr