AZ

Gürcüstanda LGBT qarşıdurması: Zurabişvili yaxın durmadı, Papuaşvili isə...

Gürcüstan parlamentinin sədri LGBT üzvlərinin hüquqlarını məhdudlaşdıran qanunu imzalayıb.

Publika.az xəbər verir ki, daha əvvəl Gürcüstan prezidenti onu imzalamamışdı, buna görə Şalva Papuaşvili Salome Zurabişvilini tənqid etmişdi. Parlament sədrinin “Facebook” sosial şəbəkəsində dərc etdiyi yazılı açıqlamada deyilir:

“Bu gün Gürcüstan Konstitusiyasına əsasən, mən Salome Zurabişvilinin imzalamadığı “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram.

Dövlətsiz və devalvasiyaya uğramış müxalifətin prezident olmuş nominal liderinin insan üçün ən dəyərli olanı – ailəni və uşaqları qoruyan qanunu imzalamaqdan imtina etməsi simvolikdir. Bu imtinadan aydın olur ki, Salome Zurabişvili harada dayanıb.

İmzaladığım qanun indiki müvəqqəti, dəyişən ideya və ideologiyaları əks etdirmir, sağlam düşüncəyə, tarixi təcrübəyə və çoxəsrlik xristian, gürcü və Avropa dəyərlərinə əsaslanır.

Mən yaxşı bilirəm ki, bu qanunun imzalanması bəzi xarici tərəfdaşların tənqidinə səbəb olacaq, lakin biz gürcülər, öz inancımız, sağlam düşüncəmiz və ölkəyə sədaqətimiz bunu tələb edəndə heç vaxt başqalarının qiymətindən qorxmamışıq... Kimliyimizi qoruduq, eyni zamanda, bu qanunla razılaşan milyonlarla insanın ruhunu görürük.

Bu qanun bütün vətəndaşların hüquqlarını, o cümlədən ifadə azadlığını qoruyur ki, başqalarının hüquqları pozulmasın ki, bu da əsl demokratiyanın mahiyyəti və ideyasıdır.

Seçilən
35
publika.az

1Mənbələr