AZ

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Bakı. Trend:

Oktyabrın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin payız sessiyasında onlayn formatda ilkiclası keçirildi.

Trend xəbərverir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, iclası açan komitənin sədri Əli HüseynliAzərbaycan Respublikası Yeddinci çağırış Milli Məclisinin üzvüseçilmələri münasibətilə komitə üzvlərini təbrik edib, onlarauğurlar arzulayıb.

Komitə sədri bildirdi ki, bugünkü onlayn iclasın gündəliyinə 10məsələ daxildir. Gündəliyin birinci məsələsi Hüquq siyasəti vədövlət quruculuğu komitəsinin 2024-cü il payız sessiyasınınqanunvericilik işləri planı layihəsidir.

Əli Hüseynli məlumat verib ki, iş planı komitə üzvlərinə təqdimolunub və orada nəzərdə tutulan ən mühüm məsələ “Beynəlxalqmüqavilələr haqqında” qanun layihəsidir. Bu qanun layihəsidövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edir. Komitə sədribildirib ki, iş planı ilə bağlı komitə üzvləri öz təkliflərinitəqdim edə bilərlər.

Komitənin payız sessiyası üçün iş planı təsdiq olunduqdan sonraƏli Hüseynli gündəliyin ikinci məsələsi olan “Bir sıra məhkəmələrinhakimlərinin təyinatı ilə bağlı təqdimat” barədə bildirib ki,sənəddə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Naxçıvan MuxtarRespublikasının Ali Məhkəməsinə və müxtəlif apellyasiyaməhkəmələrinə hakimlərin namizədliyi irəli sürülüb.

Sonra onlayn iclasda iştirak edən Məhkəmə-Hüquq ŞurasıAparatının rəhbəri Kərəm Mansurov təqdimat barədə fikirlərinibölüşüb, hakimlərin seçilməsi prosesi, onların fəaliyyətininqiymətləndirilməsi və digər sahələrdə görülmüş işlərdəndanışıb.

Sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müaviniÇingiz Əsgərov təqdim olunan namizədlər haqqında məlumat verib.

Gündəliyin növbəti məsələsi olan “Məhkəmələr və hakimlərhaqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” AzərbaycanRespublikasının qanunlarında dəyişiklik edilməsi barədə AzərbaycanRespublikası qanununun layihəsi (birinci oxunuş) barədə danışankomitə sədri Əli Hüseynli bildirib ki, təklif olunan dəyişikliklərhakimlərin seçilməsi prosesinin sürətləndirilməsi məqsədidaşıyır.

Qanun layihəsi barədə məlumat verən Məhkəmə-Hüquq Şurasının üzvüSənan Hacıyev layihədə hakimlərin seçilməsi prosesində nəzərdətutulan yeniliklər barədə məlumat verib. Bildirib ki, layihədəvakant hakim vəzifələrinin qısa müddətdə komplektləşdirilməsiməqsədilə hakimlərin seçilməsi prosesinin daha da sürətləndirilməsitəklif olunur. Belə ki, hakimlərin seçilməsi test imtahanı, yazılıimtahan və müsahibə olmaqla üç mərhələdən ibarət olacaq. Eynizamanda, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər hakim təyinolunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Layihədə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçünMəhkəmə-Hüquq Şurasının ixtisaslaşmış orqanının – HakimlərinQiymətləndirilməsi Komitəsinin yaradılması da nəzərdə tutulur.

Sonra gündəliyin 4-cü məsələsi - Azərbaycan Respublikası MilliMəclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”,“Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan RespublikasınınKorrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənintəsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarındadəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunununlayihəsi (birinci oxunuş) barədə komitə üzvü Kamal Cəfərov məlumatverib.

O, bildirib ki, bu qanunlara təklif olunan dəyişikliklərinməqsədi antikorrupsiya sahəsindəki milli qanunvericiliyinbeynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Sonra komitənin sədr müavini Elşən Musayev “Siyasi partiyalarhaqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar AzərbaycanRespublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədəməlumat verib.

O, qeyd edib ki, təklif olunan dəyişiklik uyğunlaşdırmaxarakterlidir və qanunvericiliyin daha da təklmilləşdirilməsinəxidmət edir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri ƏliHüseynli gündəliyin qalan 5 məsələsinin də uyğunlaşdırma xarakterliolduğunu diqqətə çatdırdı. Bunlar “Gömrük orqanlarında xidməthaqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluqorqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasınındaxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiqedilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunuİdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə,“Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiyaorqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsibarədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəqanun layihəsi (birinci oxunuş), “Arbitraj haqqında” AzərbaycanRespublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəliQanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəziqanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birincioxunuş), “Azərbaycan Respublikası Hökuməti ilə Moldova RespublikasıHökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsibarədə qanun layihəsi, “Müəlliflik hüququ və əlaqəli hüquqlarhaqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdudşəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında”Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəqanun layihəsi və sonuncu məsələ Azərbaycan RespublikasınınMiqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” AzərbaycanRespublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunlayihəsidir. (birinci oxunuş)

Komitə üzvlərinin qeyd və təklifləri dinlənildikdən sonragündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasındamüzakirəyə tövsiyə olunub.

Onlayn iclasda komitə üzvləri Mübariz Qurbanlı, Fəzailİbrahimli, Kamran Bayramov, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, AzayQuliyev, Erkin Qədirli, Sabir Hacıyev, Nurlan Həsənov və digərrəsmi şəxslər iştirak ediblər.

Seçilən
41
4
az.trend.az

5Mənbələr