AZ

SEPAH Azərbaycanı buna görə təhdid edir - Komitə sədri AÇIQLADI

Qərb mətbuatında yayılan məlumatlara görə, İsrail İrana cavab vermək niyyətindədir. “Axios” portal yazır ki, İranın neft obyektləri vurula bilər. Bundan sonra SEPAH tərəfindən Azərbaycanı hədəf alan növbəti təhdid mesajı yayılıb. 

 

İran İslam İnqilabi Keşikçiləri Korpusuna bağlı teleqram kanallarında yayılan mesajda bildirilir ki, əgər İsrail neft obyektlərinə hücum edərsə, İran cavab olaraq Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreynin neft infrastrukturlarını vuracaq.

 

İranın təhdid etdiyi ölkələrin hamısı müsəlman dövlətləridir. Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsini sədri Arzu Nağıyev bildirib ki, Azərbaycanın apardığı müstəqil xarici və daxili siyasət İranı o qədər də razı sala bilməz.

 

"Çünki vaxtilə İranla 140 kilometrə yaxın sərhədimiz açıq qalmışdı. Qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər qanunazidd əməllər,demək olar ki, bu sərhədlər vasitəsilə həyata keçirilirdi. Son zamanlar Zəngəzur dəhlizi ilə bağlı İranın iddialarına da bu kontekstdən baxılmalıdır. Ermənilərlə müvafiq əlaqələr yaratmaq, vasitə kimi onlardan istifadə etmək və Azərbaycana qarşı xoşagəlməz siyasət aparmaq İran üçün adi haldır. Xüsusi dövlət orqanlarının apardığı əməliyyatlar da bunu göstərdi".

A.Nağıyev İran tərəfindən təhdidlərin əsas səbəbini belə izah edib:

 

"Tez-tez Azərbaycan-İsrail dostluq münasibətlərinin üzə çıxarılması, bu haqda danışılması da İranın xarici siyasətində əsas istiqamətdir. Təbii ki, Azərbaycanın daxili və xarici siyasəti müstəqildir. Azərbaycan kiminlə istəyirsə dostluq, kiminlə istəyirsə qonşuluq münasibəti qurur. Biz İranla da qonşuluq siyasətini aparırırıq. Birgə layihələrimiz var. İranda çox sayda azərbaycanlılar yaşayır.  Bizim heç bir ölkənin, eləcə də İranın torpaqlarında gözümüz yoxdur. Bizim İranla dinimiz eynidir, onunla birgə addımlar atmaq imkanlarımız var. Son vaxtlar İranın Azərbaycanı təhdid etməsində əsas səbəbi mən deyərdim ki, ölkəmizin regionda nüfuzunun artması və Qərbin, Avropanın, eləcə də ABŞ-nin bizi dünyanın enerji təhlükəsinin qarşısını alan dövlət kimi qəbul etməsi ilə bağlıdır".

Seçilən
22
modern.az

1Mənbələr