AZ

“Azərbaycanda halal turizmə ehtiyac var?”

“Biz əgər dünya standartlarına uyğun turzim qurmaq istəyirksə mütləq şəkildə turizmin müxtəlif spektorlarını işlək vəziyyətə gətirməliyik ki, müxtəlif maraqları olan turistləri Azərbaycana cəlb edə bilək”. 

Bu sözləri Valyuta.az-a Əziz Şiriyev ölkədə halal turizmin inkiaf etdirilməsi haqqında danışarkən deyib. 

Əziz Şiriyev bildiirb ki, halal turizm dünyanın bir çox ölkələrində, xüsusi ilə ərəb ölkələrində özünəməxsus yer tutub:

“Biz bu gün ölkəmizə müxtəlif təyinatlı turistləri cəlb etmək istəyiriksə, halal turizmə keçid istiqamətində addımlar atmalıyıq. 

Nəzəər almalıyıq ki, ölkəmizin turizmi hava limanından başlayıb otellərdə bitmir. Ümumiyyətlə Azərbaycan turizmi bu deyil.  Bizim mədəniyyətimiz, incəsənətimiz, mətbəximiz var. Bundan başqa, halal turizm üçün tam yetərli mentalitetimiz var”.

Ekspertin sözlərinə görə,  hahal turizmlə bağlı məsələlər ortaya çıxmadan öncə də Azərbaycanda  bir neçə hala otel belə fəaliyyət göstərib:

“Həmin otellərin də qonaqları var, müxtəlif ölkələrdən o otellərə turistlər gəlir. Bu otellər artıq bir neçə müddətdir fəaliyyət göstərirsə, deməli, halal turizmə maraq var.  

Bu yaxınlarda Azərbaycana 50-dən çox ərəb investor gəlmişdi.  Görüş zamanı onlar halal otellərin yaradılması, halal sistemlərin qurulmasının tərəfdarı olduqlarını səsləndirdilər. Biz də xüsusi ilə ərəb ölkələrindən turist cəlb etmək istəyiriksə, mütləq şəkildə bu məslələrə diqqət etməliyik. Nəzərə almalıyıq ki, gələn turistlərin hamısı cavan deyil, onlar əyləncə üçün gəlmir. Həmin turistlərin əksəriyyəti ailələri ilə gəlir. 

Halal turizm sistemi artıq yavaş-yavaş Azərbaycana gəlir.  Düşünürəm ki, bu turizmin də öz müştəri bazası olacaq və ehtiyaclı bazardır”. 

Davud

Seçilən
42
1
valyuta.az

2Mənbələr